EN

Orenburqda raket bazası yaxınlığında güclü partlayış “Sarmat” havada dağılıb

ain.az, Azpolitika.az portalına istinadən məlumat yayır.

Orenburq vilayətinin Yasnıy şəhərində strateji raket qoşunlarının bazası yaxınlığında güclü partlayış baş verib. “AzPolitika” bildirir ki, bu barədə yerli sakinlərə istinadən “Ural56” nəşri məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə ərazi üzərində qalxan tünd bənövşəyi tüstü sütunu görünür. Sakinlərin bildirdiyinə görə, hadisə raket buraxılışı zamanı baş verən qəza nəticəsində yaranıb və raket havada dağılıb.

Hərbi mövzulu bir neçə Telegram kanalı iddia edir ki, söhbət “Sarmat” və ya hipersəs bloklu UR-100N “Avanqard” raketlərinin uğursuz sınağından gedir. Ukraynanın Defense Express nəşri isə tüstünün rənginin yalnız zəhərli yanacaqla işləyən raketlərə xas olduğunu qeyd edir.

Hərbi-texniki mövzular üzrə ixtisaslaşan “MilitaryRussia” portalı da Yasnıy poliqonundan R-36M2 “Voevoda” və ya “Sarmat” raketinin uğursuz buraxılışının baş vermiş ola biləcəyini ehtimal edir.

Rusiya rəsmiləri hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyiblər. Regional rəhbərlik yalnız əhalinin təhlükə altında olmadığını və evakuasiyaya ehtiyac yaranmadığını bildirib.

Qeyd edək ki, Yasnıy şəhəri yaxınlığında strateji raket qoşunlarına məxsus baza və kosmodrom yerləşir. Buradan nüvə başlıqlı qitələrarası ballistik raketlərin buraxılması mümkündür. 2023-cü ildə bölgədə yeni “Avanqard” şaxta əsaslı raket kompleksinin yerləşdirilməsinə başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
46
azpolitika.info

1Sources