EN

Adil Kərimli Ağdamda vətəndaşları qəbul edib

Mədəniyyət naziri Adil Kərimli noyabrın 29-da Ağdam rayonunda (Quzanlı qəsəbəsi) vətəndaşları qəbul edib.

“İki sahil” xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildiriliv ki, qəbulda Ağdam, Ağcabədi, Bərdə, Tərtər, Füzuli və Laçın rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar. Vətəndaşların müraciətləri, əsasən, məşğulluq, mədəniyyət sahəsinə dair layihə və təşəbbüslər, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, vurğulanan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib. Qəbulda iştirak edən şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

Chosen
99
10
ikisahil.az

10Sources