EN

"Sabah" "İmişli"yə qalib gəldi

Misli Premyer Liqasının XIII turunda "Sabah" səfərdə "İmişli"yə qalib gəlib. Metbuat.az xəbər verir ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda baş tutan oyunda "bayquşlar" 3:0 hesablı qələbəyə seviniblər.25 xalı olan "Sabah" turnir cədvəlində üçüncü sırada yer alıb. "İmişli" isə 15 xalla səkkizincidir.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Zirə" "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. "Turan-Tovuz" - "Neftçi" görüşündə isə hesab açılmayıb. Tura noyabrın 30-da yekun vurulacaq.

Chosen
167
3
metbuat.az

4Sources