EN

Avropa çempionatı: Azərbaycan millisi Şimali Makedoniyaya uduzdu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyuna çıxıb.

Moderator.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində meydan sahiblərinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Qoran Pandev Məşq Kompleksində baş tutan qarşılaşma yığmamızın 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, millimiz ilk matçında sloveniyanın eyni yaş kateqoriyasından ibarət komandasına 0:2 hesabı ilə uduzmuşdu.

Chosen
145
6
moderator.az

10Sources