EN

Ələt-Astara yolunda iki maşın toqquşdu - Xəsarət alan var - FOTO

Salyan rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Ələt–Astara magistralının Salyandan keçən hissəsində qeydə alınıb. 

Belə ki, Masallıdan Bakıya hərəkət edən “Ford” markalı nəqliyyat vasitəsi “Mercedes” markalı avtomobillə toqquşub.

İlkin məlumata görə, “Ford”un sürücüsü ağır xəsarət alıb və Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Ələt-Astara

Chosen
109
8
avtosfer.az

2Sources