EN

NASA Urmiya gölünün yeni peyk görüntülərini yaydı

ABŞ-nin Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) bu gün Urmiya gölü və onun ətrafındakı bölgənin son vəziyyətini əks etdirən yeni peyk görüntüsünü paylaşıb.

Publika.az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Şəkillər geniş ərazilərdə ciddi çirklənmə və ekoloji dağıntı olduğunu göstərir.

Vaxtilə böyük su hövzəsi olan Urmiya gölünün bir hissəsi indi qurumuş, boş və cansız sahəyə çevrilib.

Chosen
211
9
publika.az

10Sources