EN

Super Liqa: “Trabzonspor” “Konyaspor”u 3 qolla yendi – ARENA.AZ

Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Rizəspor” evdə “Kayserispor”a, “Qaziantep” “Eyüpspor”a, “Kasımpaşa” “Başakşəhər”ə məğlub olub. “Trabzonspor” isə “Konyaspor”u məğlub yola salıb.

14-cü turun qalan görüşləri noyabrın 30-da və dekabrın 1-də keçiriləcək.

Türkiyə, Super Liqa
14-cü tur

28 noyabr

Kocaelispor – Gənclərbirliyi 1:0
Qol: S.Dursun, 24.

29 noyabr

Rizəspor – Kayserispor 0:1
Qol: Benes, 57.

Qaziantep – Eyüpspor 1:2
Qollar: Boatenq, 90+6 – U.Bozok, 10-pen. H.Akbunar, 88.

Kasımpaşa – Başakşəhər 1:3
Qollar: Arus, 79 – A.Fayzullayev, 26. A.Harit, 45+4. Şomurodov, 90+7.

Trabzonspor – Konyaspor 3:1
Qollar: Onuaçu, 43; 50. Muçi, 56 – O.Yokuşlu, 18-öz qapısına.

30 noyabr

18:00. Antalyaspor – Göztəpə
21:00. Karagümrük – Beşiktaş

1 dekabr

21:00. Fənərbağça – Qalatasaray
21:00. Samsunspor – Alanyaspor

Chosen
137
6
arena.az

10Sources