EN

“Əl İttihad” Kral Kubokunda “Əl Şəbab”ı Benzemanın het triki sayəsində məğlub edib

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Səudiyyə Ərəbistanı Kral Kubokunun dörddəbir finalında Ciddənin “Əl-İttihad” və Ər-Riyadın “Əl-Şəbab” klubları rastlaşıblar.

İdman.Biz bildirir ki, oyun Ciddədəki “Kral Abdullah Sports Siti” stadionunda keçirilib.

Ev sahibi komanda 4:1 hesabı ilə qalib gəlib.

Qonaqların hücumçusu Əbdürrəzak Həmdallah 14-cü dəqiqədə hesabı açıb. “Əl-İttihad”ın yarımmüdafiəçisi Mahamadu Dumbia 20-ci dəqiqədə bərabərlik qolunu vurub, 10 dəqiqə sonra isə “Real Madrid”in keçmiş hücumçusu Kərim Benzema ev sahibi komandaya üstünlük qazandırıb. Benzema ikinci hissədə 84 və 87-ci dəqiqələrdə qol vuraraq het-trik edib.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
93
1
icma.az

2Sources