EN

La Liqa: “Barselona” və “Atletiko”dan inamlı qələbə – ARENA.AZ

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2025/2026-cı illər mövsümünün 14-cü turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Malyorka” – “Osasuna” matçında qalib müəyyənləşməyib. “Barselona” doğma meydanda “Alaves”i, “Atletiko” isə “Real Ovyedo”ni məğlub edib. “Levante”nin qonağı olmuş “Atletik” də turu inamlı qələbə ilə başa vurub.

14-cü turun qalan görüşləri noyabrın 30-da və dekabrın 1-də keçiriləcək.

İspaniya, La Liqa
14-cü tur

28 noyabr

Xetafe – Elçe 1:0
Qol: Arambarri, 56.

29 noyabr

Malyorka – Osasuna 2:2
Qollar: Muriqi, 62-pen; 66 – R.Qarsiya, 82. Boyomo, 90+2.

Barselona – Alaves 3:1
Qollar: Yamal, 8. Olmo, 26; 90+3 – İbanes, 1.

Levante – Atletik 0:2
Qollar: Navarro, 3. N.Uilyams, 44.

Atletiko – Real Ovyedo 2:0
Qollar: Sörlot, 16; 26.

30 noyabr

17:00. Real Sosyedad – Vilyarreal
19:15. Sevilya – Betis
21:30. Selta – Espanyol
00:00. Jirona – Real

1 dekabr

Rayo Valyekano – Valensiya

Chosen
155
24
arena.az

10Sources