EN

Dana Uayt Nqannu, Tramp, Cons, Ceyk Pol və digərlərini qısa xarakterizə edib

UFC prezidenti Dana Uayt bir neçə qarışıq döyüş sənətçisi, eləcə də boks sahəsinin nümayəndələrini qısa şəkildə xarakterizə edib.

İdman.Biz bildirir ki, Uayt 2001-ci ildən bəri UFC prezidenti vəzifəsində çalışır.

Onun qiymətləndirməsi belədir:

— Con Cons.
— Bütün zamanların ən böyük idmançısı.

— Donald Tramp.
— Amerikalı sarsaq.

— Frensis Nqannu.
— Heç nə (gülür).

— Eddi Hörn.
— Çox hörmətli.

— Ronda Rouzi.
— İndiyə qədər birlikdə işlədiyim ən böyük idmançı.

— Tayson Fyuri.
— Şən.

— Ceyk Pol.
— Öz işini görür.

Uayt kobud və sərt lider kimi tanınır. O, həmçinin “Power Slap” şillə liqasının sahibidir.

İdman.Biz

Məqalədə:
Chosen
53
1
idman.biz

2Sources