EN

90 minə yaxın BYD avtomobili geri çağırılır

Çinin BYD konserni 2021-ci ilin əvvəlindən 2023-cü ilin payızına qədər istehsal olunmuş 89 min ədəd “Qin Plus DM” hibrid modelini yerli bazardan geri çağırır.

Avtomobillərin bir hissəsi səhv yığılmış batareya modulları ilə təchiz oluna bilər. Bu, çıxış gücünün məhdudlaşmasına səbəb olur və ekstremal rejimlərdə avtomobil tamamilə təmiz elektrik rejimində hərəkəti dayandıra bilər ki, bu da təhlükəsizlik riskləri yaradır.

Dilerlər geri çağırılan “Qin Plus DM” avtomobillərinin sahiblərini proqram təminatını yeniləmək zəruriliyi barədə məlumatlandıracaq. Bütün işlər pulsuz həyata keçiriləcək.

MənbəMODERN.AZ
Chosen
183
13
banker.az

10Sources