EN

Azərbaycan QHT-ləri 5 il ərzində nələrə nail olublar? - VİDEO

Çinin BYD konserni 2021-ci ilin əvvəlindən 2023-cü ilin payızına qədər istehsal olunmuş 89 min ədəd "Qin Plus DM" hibrid modelini yerli bazardan geri çağırır.

Avtosfer.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Qeyd olunur ki, avtomobillərin bir hissəsi səhv yığılmış batareya modulları ilə təchiz oluna bilər. Bu, çıxış gücünün məhdudlaşmasına səbəb olur və ekstremal rejimlərdə avtomobil tamamilə təmiz elektrik rejimində hərəkəti dayandıra bilər ki, bu da təhlükəsizlik riskləri yaradır.

Rəsmi dilerlər geri çağırılan “Qin Plus DM”i sahiblərinə proqram təminatının yenilənməsinin zəruriliyi barədə məlumat verəcəklər. Bütün işlər ödənişsiz həyata keçiriləcək.

Chosen
195
avtosfer.az

1Sources