EN

Umerov ABŞ də “sülh planı”nə müzakirə edəcək

ain.az, Yenisabah portalına istinadən məlumatı açıqlayır.

Ukrayna nümayəndə heyəti bu gün ABŞ-də “sülh planı”nı müzakirə edəcək.

"Yeni Sabah" politico-ya istinadla xəbər verir ki, Ukraynanın milli təhlükəsizlik və müdafiə şurasının katibi Rustem Umerovun rəhbərlik etdiyi Ukrayna nümayəndə heyəti ABŞ-dən olan vəzifədaşları ilə görüşəcək.

Volodimir Zelenski danışıqlar aparacaq heyət qarşısında aydın bir vəzifə qoyub — müharibənin dayandırılması üçün lazım olan addımları operativ və konkret şəkildə işləyib hazırlamaq.

Bu tapşırığın icrası üçün ukraynalı rəsmilər Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoff və Trampın kürəkəni Cared Kuşnerlə görüşəcəklər.

Ukrayna nümayəndə heyətində Umerovla yanaşı, Ukrayna kəşfiyyatının rəhbəri Kirill Budanov və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Andrey Qnatov da olacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
186
36
yenisabah.az

10Sources