Braziliyanın “Flamenqo” klubu 4-cü dəfə Libertadores kubokunu qazanıb.
QOL.az xəbər verir ki, “Qarabağ”ın sabiq forvardı Olavio Juninyonun çıxış etdiyi komanda Perunun Lima şəhərindəki “Estadio Monumental” stadionunda keçirilən final oyununda “Palmeyras”a 1:0 hesabı ilə qalib gəlib.
Yeganə qolu 67-ci dəqiqədə Danilo vurub. Juninyo meydana 84-cü dəqiqədə - komandası 1:0 irəlidə olanda daxil olub.
Qeyd edək ki, “Flamenqo” 1981, 2019 və 2022-ci illərdə də bu kuboka sahib çıxıb.