Qol.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
Mateus Silva Yankoviçlə mübahisə etməsindən danışdı
"Qarabağ"ın müdafiəçisi Mateus Silva UEFA Çempionlar Liqası çərçivəsində "Napoli" ilə keçirilən görüşdə (0:2) Marko Yankoviçlə yaşanan mübahisəyə münasibət bildirib.
QOL.az xəbər verir ki, braziliyalı müdafiəçi dünən Misli Premyer Liqasının 13-cü turunda “Karvan-Yevlax”a qarşı keçirilən matçdan (2:0) sonra jurnalistlərə açıqlamasında deyib:
“Elə bir ciddi şey baş vermədi. Sadəcə oyunda olan situasiyalardır, həmişə baş verən haldır. Ciddi bir şey deyil”.
“Oyundan sonra Yankoviçlə danışdınızmı?” sualını Silva belə cavablandırıb: “Hər şey həll olunub, hər şey qaydasındadır”.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.