EN

Tennis dünyasının ulduzu Karlos Alkaras Messini qucaqlayıb FOTO/VİDEO

Idman.biz saytından verilən məlumata görə, ain.az xəbər verir.

MLS-in Şərq Konfransının finalında “İnter Mayami”nin “Nyu-York Siti” üzərində 3:1 hesablı qələbəsindən sonra keçirilən mükafatlandırma mərasimində tennis dünyasının ulduzu Karlos Alkaras xüsusi qonaq kimi iştirak edib.

İdman.Biz xəbər verir ki, altıqat “Böyük dəbilqə” qalibi olan ispan tennisçisi konfrans kubokunu meydana gətirərək onu futbolçulara təqdim edib.

Daha sonra o, komandanın kapitanı Lionel Messi ilə səmimi şəkildə qucaqlaşıb. Həmin an idman mediasında geniş müzakirəyə səbəb olub.

“İnter Mayami” bu qarşılaşmada ümumi hesabla 5:1 qələbə qazanıb. Lionel Messi görüşdə rekord məhsuldar ötürmə edərək karyerasındakı assist sayını tarixi göstəriciyə çatdırıb.

2025-ci il Alkaras üçün xüsusilə uğurlu olub: o, “Roland Garros” və “US Open” turnirlərini qazanıb, üç “Masters” yarışında və üç “ATP 500” turnirində çempion tituluna yiyələnib

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
94
1
icma.az

2Sources