EN

Yürüş məsafəsi çox olan üç ən etibarsız biznes sinif avtomobili SİYAHI

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Whatcar" portalı araşdırma apararaq, yürüş məsafəsi çox olan ən etibarsız biznes-sinif avtomobillərinin siyahısını dərc edib.

Avtosfer.az portala istinadən xəbər verir ki, araşdırmaya görə, birinci yerdə 2021-ci ildən istehsal olunan "Mercedes-Benz C-Class" qərarlaşıb.

Bu avtomobillərin etibarlılıq reytinqi 76.3%-dir. Onların sahiblərinin 43%-i son vaxtlar avtomobillərində nasazlıqlarla üzləşib.

İkinci yeri 76.7% etibarlılıq göstəricisi ilə 2016-2023-cü illərdə istehsal olunan "Volvo S90" və 2016-cı ildən bu günə kimi istehsal edilən "Volvo V90" bölüşür. Bu avtomobillərin sorğuda iştirak edən sahiblərinin 47%-i nasazlıqlardan şikayətlənib.

Üçüncü yeri 2015-2024-cü illərdə istehsal olunan "Skoda Superb"in benzin versiyası tutur. Bu modelin etibarlılıq reytinqi 81.4%-dir. Sürücülərin 40%-i bu avtomobillə bağlı problemlərdən şikayətlənib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
133
2
avtosfer.az

3Sources