EN

Qırğızıstanda parlament seçkilərində səsvermə başa çatıb

19:42

Qırğızıstanda Joqorku Keneşə (birpalatalı parlament) keçirilən növbədənkənar seçkilərdə səsvermə başa çatıb.

Bunu respublikanın Mərkəzi Seçki Komissiyasının sədri Tınçtık Şaynazarov bildirib.

Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçicilərin yekun siyahısına 4 294 243 vətəndaş daxil edilib.

***10:36Qırğızıstanda növbədənkənar parlament seçkilərində səsvermə bu gün yerli vaxtla səhər saat 8:00-da başlayıb. Ölkə daxilində və xaricdə ümumilikdə 2513 seçki məntəqəsi açıqdır. 4.294.243 qırğızıstanlı səs vermək hüququna malikdir.

Seçkilər yeni sistem üzrə keçiriləcək. Ölkə üzrə 30 seçki dairəsində 90 deputat seçiləcək - hər dairədən üç nəfər. Yalnız bir cinsin nümayəndəsi seçilə bilməz. Cəmi 460 namizəd iştirak edir. Ölkə daxilində səsvermə saat 20:00-da başa çatacaq, xaricdəki seçki məntəqələri isə açıq qalacaq.

Chosen
79
anspress.com

1Sources