ABŞ Dövlət Katibi Marko Rubio, prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff və Donald Trampın kürəkəni Cared Kuşner bazar günü Ukrayna nümayəndələri ilə görüşüblər.
APA xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
"Söhbət təkcə müharibənin başa çatmasından deyil, həm də müharibədən müstəqil və suveren bir ölkə kimi çıxmaqdan gedir. Elə bir ölkə ki, artıq yeni müharibə təhlükəsi ilə üzləşməsin və sakinləri firavan yaşasın. Ukraynanın böyük iqtisadi potensialı var. Lakin onu müharibə şəraitində reallaşdırmaq mümkün deyil", - Rubio deyib.