EN

Floridada "Ukrayna masası"

Florida ştatında ABŞ və Ukrayna arasında aparılan danışıqlar başa çatıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio jurnalistlərə açıqlamasında deyib.

ABŞ və Ukrayna nümayəndə heyətləri 30 noyabrda Florida ştatında ABŞ Prezidentinə məxsus " Shell Bay" qolf kurortunda görüşüblər. ABŞ-ı Donald Trampın xüsusi elçisi Stiv Uitkoff, dövlət katibi Marko Rubio və prezidentin kürəkəni Cared Kuşner təmsil edib.

Ukrayna nümayəndə heyətinə isə Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov rəhbərlik edib. KİV-in məlumatına görə, tərəflər respublikada seçkilərin qrafikini, Rusiya və Ukrayna arasında ərazi mübadiləsi imkanlarını və digər həll olunmamış məsələləri müzakirə ediblər.

Chosen
151
50
publika.az

10Sources