AXCP sədri Əli Kərimli və digər müxalifət nümayəndələrinin saxlanılmasında vaxtilə mövcud olmuş “Milyarderlər ittifaqı” və Milli Şuranın əməkdaşlığı əsas şübhəli məqam olaraq vurğulanır. Detalları istintaq müəyyənləşdirəcək, hərçənd, 2013-cü il hadisələrini izləmiş siyasi-ictimai cameədə olanlar bu əməkdaşlığın mövcudluğunu təsdiq edər.
Paytaxt.org publika.az-a istinadla xəbər verir ki, 2013-cü ildə regionda yaranmış situasiya Rusiyanın maraqlarına uyğun idi. Əsas diqqəti Yaxın Şərqə yönələn ABŞ Gürcüstanda Rusiya ilə anlaşdı: Saakaşvilini göndərdilər və prezident qərbyönümlü, baş nazir rusiyayönümlü, daha dəqiq desək, Moskvaya loyal münasibət bəsləyən fiqur olmaqla hakimiyyət bölgüsü aparıldı;
Ermənistanda forpostunu saxlayan, Gürcüstanda möhkəmlənən Rusiyaya Cənubi Qafqaza nəzarəti tam bərpa etmək üçün Azərbaycan lazım idi. Obama Administrasiyasının “soyuq münasibəti” rəsmi Bakının Moskva qarşısında mövqelərini zəiflədirdi və həmin vaxt FETÖ-yə görə əsas diqqəti daxilə yönəlmiş Türkiyənin bölgəyə təsir imkanları da indiki qədər deyildi. Rusiya üçün münbit şərait yaranmışdı.