EN

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

İstifadəçi öz yeri ilə bağlı məlumatı paylaşmasa belə “WhatsApp” tətbiqi mesajların yer məlumatlarını saxlayır.

Lent.az xəbər verir ki, bunu kiber təhlükəsizlik mütəxəssisi Elorm Daniel iddia edib.

O, iPhone 12 Pro Max üzərində apardığı araşdırmada “WhatsApp” yazışmasının metadatasında qarşı tərəfin dəqiq yer məlumatının göründüyünü bildirib.

“Nə özü, nə də qarşı tərəf yer məlumatı göndərməyib, amma telefon bu məlumatı avtomatik qeyd edib. Əgər kimsə telefonunuzun çıxarışını etsə, “WhatsApp”da söhbət zamanı sizin yer məlumatınızı əldə edə bilər. “WhatsApp” qruplarla bağlı, qrupun kim tərəfindən yaradıldığı, kimlərin daxil olub çıxdığı və s. bütün məlumatları metadatada saxlayır. Telefonun çəkilən bütün foto, video və skrinşotlardakı metadata da GPS koordinatlarını ehtiva edir. Bu səviyyədə metadata insanların hərəkətlərini və davranışlarını yüksək dəqiqliklə izləməyə imkan verir”, - o deyib.

Daniel həmçinin iddia edib ki, “iPhone”un öz mesajlarında da mesaj göndərilən anda istifadəçinin yer məlumatı avtomatik qeydə alınır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
58
lent.az

1Sources