EN

Joau Feliks: “Son üç yay “Benfikaya” qayıtmaq istəmişdim”

Idman.biz saytına istinadən ain.az xəbər verir.

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən Joau Feliks karyerasının son illərində dəfələrlə “Benfikaya” qayıtmaq istədiyini etiraf edib.

İdman.Biz xəbər verir ki, portuqaliyalı futbolçu mövzu ilə bağlı açıqlamasında onu klubda istəmədiklərini deyib.

“Tam səmimi desəm, son üç yay “Benfikaya” qayıtmaq istəyirdim. Həmişə bunu istəmişəm və agentlərimə dəfələrlə demişəm. Amma klub tərəfindən heç vaxt ciddi istək görmədim. Kimin istəmədiyini bilmirəm, amma mən həmişə qayıtmaq istəmişəm”, - deyə Feliks vurğulayıb.

Feliks bildirib ki, keçidin baş tutmamasının səbəbi nə maliyyə, nə də maaş məsələsi olub:

“Burada nə transfer məbləği, nə də maaş söhbəti var. Sadəcə qarşı tərəfin istəyindən asılı idi. Bu istək olmadığı üçün mümkün olmadı”.

Portuqaliyalı hücumçu “Əl-Nəsr”in ona daha konkret və qəti şəkildə maraq göstərdiyini də vurğulayıb.

İdman.Biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
40
1
icma.az

2Sources