EN

Dörd əsr əvvəl itmiş “Xaç üzərində İsa” əsəri 3 milyon avroya satıldı

BAKI, 1 dekabr. TELEQRAF

Flamand rəssamı Peter Paul Rubensin dörd əsrdən çox müddətdir itkin sayılan “Xaç üzərində İsa” tablosu Versalda təşkil olunan Osenat hərracında 2 940 798 avroya satılıb.

Teleqraf xəbər verir ki, satış komissiya məbləği ilə birlikdə baş tutub və salon hərrac zamanı tam dolu olub. Əsər əvvəlcədən 1-2 milyon avro aralığında qiymətləndirilmişdi, auksion isə 500 min avrodan başlayıb.

Əsəri Osenat hərrac evinin rəhbəri Jan-Pyer Osena Paris saraylarından birində aşkarlayıb. Tablonun 1613-cü ildən bəri itib-güman edildiyi bildirilir.

Qeyd edək ki, bundan əvvəl meksikalı rəssam Frida Kalonun “Yuxu” avtoportreti Nyu-Yorkda 54,7 milyon dollara satılaraq qadın rəssamların əsərləri arasında tarixdə ən bahalı satış kimi qeydə alınıb.

Chosen
39
teleqraf.com

1Sources