Niderland çempionatının 14-cü turunda oynanılan "Ayaks" - "Qroningen" matçı yarımçıq dayandırılıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb azarkeşlərin meydana fişəng və digər alışqan maddələr atması olub.
Görüş dekabrın 2-də azarkeşsiz keçiriləcək.
Qeyd edək ki, "Ayaks" "Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibidir. Görüş dekabrında 10-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.