EN

Azərbaycanın U-19 millisi Gürcüstanla qarşılaşacaq

Bu gün 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası 2026-cı il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində üçüncü oyuna çıxacaq.

İdman.Biz xəbər verir ki, B Liqasının V qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Kukus” stadionunda keçiriləcək qrupun son görüşü Bakı vaxtı ilə saat 15:00-da başlanacaq.

Qarşılaşmanı Maltadan olan baş hakim idarə edəcək.

İdman.Biz

Chosen
135
10
idman.biz

10Sources