EN

Millimiz Avropa çempionatının seçmə mərhələsində son oyununa çıxır

style='margin-bottom:10px;'>

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün üçüncü oyuna çıxacaq.

QOL.az xəbər verir ki, B Liqasının 5-ci qrupunda yer alan millimiz Şimali Makedoniyanın Strumitsa şəhərində Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.

“Kukus” stadionunda keçiriləcək qrupun son görüşü Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Qarşılaşmanı Maltadan olan baş hakim idarə edəcək.
 
1 dekabr
 
15:00. Azərbaycan (U-19, Qadınlar) - Gürcüstan (U-19, Qadınlar)
Baş hakim:
Yoanna Vassallo (Malta)
“Kukus” stadionu, Strumitsa

Chosen
139
10
teleqraf.com

10Sources