EN

İtaliyada qadın qətli törədənlərə ömürlük həbs cəzası veriləcək

Ajans.az bu barədə BBC-yə istinadən xəbər verir. Femisid haqqında qanun ideyası əvvəllər İtaliyada müzakirə olunmuşdu. Lakin 2023-ci ildə 22 yaşlı Culia Çekketti adlı qızın keçmiş sevgilisi tərəfindən öldürülməsi ölkəni şoka salaraq bu qanun layihəsinin qəbulunu sürətləndirdi. İki il sonra millət vəkilləri parlamentin uzun müzakirə olunan iclasından sonra femisid haqqında qanuna səs verdilər.  İtaliyanın baş nazir Meloni tərəfindən təqdim edilən qanun, onun sağçı hökuməti və müxalifət millət vəkilləri tərəfindən dəstəkləndi. Bundan sonra İtaliya, cinsindən asılı olaraq törədilən hər bir qadının qətlini femisid kimi qeyd edəcək.

İtaliyadan öncə cinayət məcəllələrinə femisid anlayışını daxil edən Aİ üzv dövlətləri Kipr, Malta və Xorvatiya olub.

Chosen
3
Ajans.az

1Sources