Bakı. Trend:
Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Təcrübə vəKaryera Mərkəzinin təşkilatçılığı ilə “Əmək bazarı üçün XXI əsrbacarıqları” mövzusunda maarifləndirici təlim keçilib.
AzMİU-nun tədris işləri üzrə prorektoru, professor Akif Qasımovçıxış edərək tələbələrin və məzunların uğurlu karyera qurması üçünuniversitetdə görülən işlərdən danışıb. Prorektor qeyd edib ki,müasir dövürdə universitetlərin tədris kefiyyətinin əsasgöstəricilərindən biri də məzunların işlə təminat səviyyəsidir. Bubaxımdan AzMİU-nun ölkəmizin ali təhsil müəssisələri arasında ilksıralarda olmasını vurğulayan Akif Qasımov sözügedən istiqamətdəişlərin bundan sonra da davam etdiriləcəyini bildirib.
Daha sonra ICF standartlı karyera və inkişaf mentoru, TOTsertifikatlı təlimçi İlkanə Əmirova iştirakçılara qlobal əməkbazarında baş verən dəyişikliklər, insan kapitalının formalaşması,süni intellekt və rəqəmsal transformasiyanın iş mühitinə təsiri,eləcə də müasir karyera planlaşdırılması ilə bağlı aktualistiqamətlər, dəyişən meyillər barədə məlumat verilib.
Təlimdə tələbələrlə əmək bazarında yüksək tələbat olanbacarıqlar, düzgün karyera seçimi, bacarıq boşluğununmüəyyənləşdirilməsi, bacarıqların artırılması və yenidənixtisaslaşma strategiyaları üzrə praktik istiqamətlər üzrə söhbətaparılıb.
Proqram, həmçinin tələbələrin peşəkar əlaqə qurma bacarığınıninkişaf etdirilməsi, işgüzar münasibətlərin genişləndirilməsi vəreal əmək bazarı tələblərini daha dərindən anlamaq məqsədi ilənəzəri və tətbiqi yanaşmalarla zəngin olub.
Qeyd edək ki, təlim AzMİU-nun tələbələrin peşəkar inkişafını vəəmək bazarına inteqrasiyasını dəstəkləyən strateji fəaliyyət planıçərçivəsində həyata keçirilib. Tələbələrin peşə hazırlığınınmöhkəmləndirilməsi və onların müasir əmək bazarının çağırışlarınauyğun bacarıqlar qazanması AzMİU-nun prioritetistiqamətlərindəndir. Bu kimi təlimlərin mütəmadi təşkiliuniversitetin tələbələrin karyera perspektivlərini genişləndirməyəverdiyi xüsusi diqqətin göstəricisidir.