Bakı Dövlət Universitetində (BDU) böyük yenilənmə mərhələsi start götürür.
Far.Az-in əldə etdiyi məlumata görə, ali təhsil müəssisəsi Yasamal rayonu, Akademik Zahid Xəlilov küçəsi 33 ünvanında yerləşən 10 mərtəbəli, zirzəmili 1 nömrəli tədris binasının əsaslı təmir olunacaq.
Layihənin dəyəri 25 milyon manatdan çoxdur. Təmir zamanı köhnə və istismar üçün yararsız hesab olunan bir sıra konstruksiya və elementlərin sökülməsi nəzərdə tutulur:
Bu işlərdən sonra binanın tam müasir standartlara uyğun şəkildə yenidən qurulması, təhlükəsizliyin artırılması və tələbələr üçün daha komfortlu tədris mühitinin yaradılması planlaşdırılır. Əsaslı yenidənqurma BDU-nun ən çox yüklənən tədris binasının müasir təhsil tələblərinə cavab verməsinə şərait yaradacaq.
Orxan Hüseyn