Ajans.az TASS-a istinadən xəbər verir ki, məlumatı Phobos hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus özünün Telegram kanalında yayıb. Leusun sözlərinə görə, səhər tezdən ən yüksək — X sinifinə aid güclü günəş partlayışı qeydə alınıb. İlkin məlumatlara əsasən, partlayışın intensivliyi X1.95 təşkil edib və Moskva vaxtı ilə saat 05:49-da (Bakı vaxtı ilə 06:49-da) maksimum həddə çatıb. O bildirib ki, gücünə görə bu hadisə 2025-ci ildə müşahidə olunan ən güclü beş günəş partlayışı sırasında yer alır. Mütəxəssis qeyd edib ki, partlayış Günəş–Yer xəttindən kənarda baş verdiyindən, Günəş materialının Yerə çatma ehtimalı olduqca aşağıdır.