EN

Ronaldo klub açır: Telefon, şəkil OLMAZ

Futbol karyerasının sonuna yaxınlaşan ulduz futbolçu Kriştiano Ronaldo biznes sahəsində fəaliyyətini genişləndirməyə davam edir.

Gundem.az-ın xarici kiv-ə istinadən məlumatına görə, o, Madriddə tam məxfiliyə əsaslanan yeni özəl məkan - Vega Private Members Club açmağa hazırlaşır.

Layihə Ronaldo və onun biznes tərəfdaşları tərəfindən hazırlanır. 1000 kvadratmetrlik klubda şəxsi ofislər, birgə iş (coworking) zonası, podkast studiyası, həmçinin üzvlərə xüsusi şərabların təqdim ediləcəyi The Wine Club fəaliyyət göstərəcək.

Klubun ən diqqətçəkən tərəfi məxfilik qaydalarıdır - məkan daxilində mobil telefonlardan istifadə və foto çəkilişi tam qadağandır.

Üzvlük qiymətləri isə kifayət qədər yüksəkdir.

35 yaşadək gənclər üçün illik üzvlük 1500 avro, giriş haqqı isə 1000 avrodur.

Standart üzvlük illik 2400 avro, əlavə olaraq 2000 avro giriş haqqı tələb olunur.

Ən bahalı paket isə ömürlük üzvlük, prioritet xidmətlər və fərdiləşdirilmiş imkanları əhatə edən 15000 avroluq birdəfəlik ödənişlə əldə edilir.

Ronaldonun yeni klubu Madridin ən elit məkanlarından biri olmağa namizəd sayılır.

Chosen
5
3
gundem.az

4Sources