EN

Xüsusi icra məmuru olmaq istəyənlər üçün yeni qərar

"Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi Qaydaları" təsdiqlənib.Metbuat.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Qərara əsasən Xüsusi icra məmuru vəzifəsi üzrə vakansiyalar müsabiqə əsasında tutulur. Müsabiqə test imtahanı (bundan sonra – imtahan) və müsahibə mərhələlərindən ibarətdir.Ədliyyə Nazirliyinin icra məmurlarının fəaliyyətinə nəzarəti bilavasitə həyata keçirən qurumunda xüsusi rütbələr nəzərdə tutulan vəzifələrdə və ya dövlət icra məmuru vəzifəsində 3 ildən az olmayaraq işləmiş şəxslər müsabiqənin test mərhələsindən azad edilirlər.

Müsabiqənin imtahan mərhələsində iştirak ödənişlidir, elektron formada keçirilir.

Chosen
13
5
metbuat.az

10Sources