EN

Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün qaydalar təsdiq edildi

“Xüsusi icra məmuru olmaq istəyən şəxslər üçün müsabiqənin, habelə ilkin icbari hazırlığın və stajın keçirilməsi Qaydaları” təsdiq edilib.
 
Moderator.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
 
Sənədə əsasən, xüsusi icra məmuru vəzifəsi üzrə vakansiyalar müsabiqə əsasında tutulur. Müsabiqə test imtahanı və müsahibə mərhələlərindən ibarətdir.
 
Namizədlərlə müsabiqənin keçirilməsi və onun nəticələrinə dair qərar qəbul edilməsi “Xüsusi icra məmurları haqqında” Qanunun müvafiq maddəsinə uyğun olaraq yaradılmış Müsabiqə Komissiyası tərəfindən həyata keçirilir. Müsabiqə xüsusi icra məmuru olmaq istəyən hər bir namizədin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, xüsusi icra məmuru vəzifəsinə yararlı və layiqli olmasının müəyyən edilməsi məqsədilə aşkarlıq şəraitində şəffaf üsullarla keçirilir.
 
Müsabiqəyə qanunun müəyyən etdiyi tələblərə cavab verən ali təhsilli şəxslər buraxılırlar.
 
Chosen
31
3
moderator.az

4Sources