EN

27 dərəcə şaxtada şortla gəzdilər - Gündəm olan GÖRÜNTÜLƏR

Sibirdə hava temperaturunun mənfi 27 dərəcəyə qədər enməsi və güclü çovğun gündəlik həyatı xeyli çətinləşdirib. Qalın geyimlərə bürünmüş sakinlərin güclü külək və qarla mübarizə apardığı görüntülər sosial şəbəkələrdə yayılıb.

Lakin sərt hava şəraitinə baxmayaraq şortla gəzən şəxslərin rahat hərəkət etməsi izləyicilərin diqqətini çəkib və sosial mediada geniş müzakirələrə səbəb olub.

Day.Az xəbər verir ki, "Welcome Siberia" qeydi ilə yayılan həmin kadrlar həm təəccüb, həm də yumorla qarşılanıb.

Surqut bölgəsindən paylaşılan başqa bir videoda isə bir qızın buz kimi soyuqda qısa idman geyimi ilə velosiped sürdüyü görünür. Onun geyimi ətrafda qış paltarına bürünmüş insanların görünüşü ilə kəskin ziddiyyət təşkil edir.

Həmin görüntülər qısa müddətdə milyonlarla baxış toplayaraq sosial şəbəkələrdə geniş rezonans doğurub.

Elxan Əliyev
Day.Az

Chosen
31
day.az

1Sources