EN

Nazir müavini: Məktəblilərarası Milli Hakaton 350 min şagirdi əhatə edib

Bakı, 1 dekabr, AZƏRTAC

Ümumilikdə 600 min şagirdə informatikadan əlavə rəqəmsal bacarıqlar dərsi keçilir.

AZƏRTAC xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli “Məktəblilərarası Milli Hakaton – 2025” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

Nazir müavini qeyd edib ki, əvvəllər məktəblərdə kompüter və digər sistemlərə çıxış çox zəif idi: “Lakin son illər vəziyyət xeyli dəyişib. Artıq məktəblərdə həm kompüter təminatı, həm də internetə çıxış yüksək səviyyədədir. Gələcəkdə müvafiq istiqamətdə işlər daha da genişlənəcək və bu, həm qəbul prosesi, həm də peşə yönümü sahəsində inkişafı sürətləndirəcək”.

Onun sözlərinə görə, artıq məktəblilər kompüter və internetlə təminatı böyük faizlə həll edilib: “Respublika üzrə 175 mərkəzdə hakatona əlçatanlıq təmin edilib. Hakaton beşinci ildə 350 000 şagirdi əhatə edib. Məktəblərdə 300 mindən çox şagird STEAM-a cəlb olunub”.

 

Chosen
15
azertag.az

1Sources