EN

ABŞ şirkətləri raket istehsalını kəskin artırıb

Pentaqon anbarlarında ehtiyatların tükənməsi və qlobal tələbatın yüksəlməsi Vaşinqtonu istehsalı sürətləndirməyə məcbur edib…

Poliqon xəbər verir ki, ABŞ müdafiə sənayesi son illərin ən ciddi sursat qıtlığı ilə üzləşdiyi üçün raket və digər döyüş sursatlarının istehsalını sürətlə artırmağa məcbur olub. Məlumatı The Washington Times nəşri yayıb.

Nəşrin yazdığına görə, Pentaqon və Konqresin təzyiqi altında aparıcı silah istehsalçıları — L3 Harris, Lockheed Martin və General Dynamics — arsenalların sürətlə bərpası üçün yüz milyonlarla dollar əlavə investisiya yatırır. Bu ehtiyac Ukraynaya, İsrailə və dünyanın digər münaqişə ocaqlarına göndərilən silah tədarükünün ABŞ anbarlarında ciddi boşluq yaratması ilə bağlıdır.

Adı açıqlanmayan hökumət mənbəsi qəzetə bildirib ki, ABŞ hərbi-sənaye kompleksi uzun illər boyu istehsal səviyyəsinin “faciəvi dərəcədə aşağı” olduğunu indi açıq şəkildə etiraf edir. Məhz buna görə raket mühərrikləri və sursat istehsalının genişləndirilməsi Vaşinqton üçün prioritetə çevrilib.

The Washington Times qeyd edir ki, yalnız bərk yanacaqlı raket mühərriklərinin istehsalına yönəldilən sərmayələr ümumilikdə 700 milyon dollar təşkil edir. Planlara əsasən:

iri raket mühərriklərinin istehsalı 2026-cı ilə qədər altı dəfə, orta və kiçik raket mühərriklərinin istehsalı isə üç dəfə artırılacaq. Mütəxəssislərin fikrincə, ABŞ-ın bu artımı təkcə öz ehtiyatlarını bərpa etmək məqsədi daşımır, Çin, İranRusiya ilə geosiyasi rəqabətin artması fonunda Vaşinqton müttəfiqlərinə silah tədarükünü sabit şəkildə davam etdirməyi də hədəfləyir.

Poliqon.info

Chosen
32
poliqon.info

1Sources