EN

"Dəhlizin inşası 2026-cı ilə qədər başa çatacaq" - Hikmət Hacıyev

Ajans.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə “EU Today"ə müsahibəsində deyib. O qeyd edib ki, Zəngəzur dəhlizi vasitəsilə illik 15 milyon ton yük daşınacaq və bu dəhlizin Azərbaycanın payına düşən hissəsinin inşası 2026-cı ilə qədər başa çatacaq.

“Bakı Avropa İttifaqını bu yeni yaranan nəqliyyat kompozisiyasında görməyə şad olar”, - Prezidentin köməkçisi qeyd edib.

Chosen
70
36
Ajans.az

10Sources