EN

FTX Krımda terror törətmək istəyən Fəxriyevi öldürdü

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Rusiya Müdafiə Nazirliyinin zabitinin avtomobilinə bomba yerləşdirən Ukrayna hərbi kəşfiyyatının agenti Krımda təhlükəsizlik qüvvələrinə müqavimət göstərərkən öldürülüb.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

“Federal Təhlükəsizlik Xidməti Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi tərəfindən Krım Respublikasında Rusiya Federasiyası Müdafiə Nazirliyinin yüksək rütbəli zabitinə qarşı planlaşdırılan terror aktının qarşısını alıb. Terror aktını törədən şəxs avtomobilin altına partlayıcı maddə yerləşdirərkən təhlükəsizlik qüvvələrinə silahlı müqavimət göstərdiyinə görə zərərsizləşdirilib. Cinayətkardan rabitə vasitələri və Qərb istehsalı olan partlayıcı qurğunun komponentləri götürülüb”, - məlumatda qeyd olunub.

Bildirilib ki, sui-qəsd cəhdi Ukrayna hərbi kəşfiyyatının zabiti Rüstəm Saitxaliloviç Fəxriyev tərəfindən həyata keçirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
48
axar.az

1Sources