Aktual.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, aparılan cari nəzarət prosesləri çərçivəsində "Bank olmayan kredit təşkilatları haqqında" qanununun 22.1-ci maddəsinin, "Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası"nın 3.3-cü bəndinin tələblərinin pozulması halları aşkarlanıb. Nəticədə, İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq, BOKT-ların vəzifəli şəxsləri müvafiq olaraq 4 min manat, 2 min manat və 10 min manat cərimələnib.