EN

Restoranlarda xidmət haqları ləğv ediləcək KONKRET

Konkret.az saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyə Ticarət Nazirliyi ölkə üzrə restoran, kafe, şirniyyat mağazaları və digər iaşə obyektlərində müştərilərdən məcburi şəkildə servis pulu, masa haqqı və digər əlavə ödənişlərin alınmasına son qoyacaq yeni qaydaları qüvvəyə mindirir. Bu yenilik Azərbaycanda da belə bir addımın atılıb-atıla bilməsi ilə bağlı suallar yaradıb.

Mövzuya aydınlıq gətirən vəkil Ramil Süleymanov KONKRET.az-a açıqlamasında bildirib ki, yerli qanunvericilik istehlakçı hüquqlarının qorunmasını tələb edir və təqdim olunan mal və xidmətlərin qiyməti mütləq şəkildə göstərilməlidir.

Onun sözlərinə görə, Türkiyədə qəbul olunan qanunların avtomatik olaraq Azərbaycanda tətbiq edilməsi mümkün deyil. Lakin bəzi ölkələrin təcrübəsində yalnız mal və xidmətlərin real dəyərinin qeyd edilməsi və əlavə ödənişlərin qadağan olunması kimi yanaşmalar mövcuddur.

“Hesab edirəm ki, bu, Azərbaycanda da tətbiq oluna bilər. Bu, sırf daxili qərar məsələsidir”, – deyə vəkil vurğulayıb.

Ramil Süleymanov əlavə edib ki, hazırda biznes subyektləri tərəfindən alınan servis haqlarının vergiyə cəlb olunması ilə bağlı da problemlər mövcuddur. Qanunvericiliyə əsasən, təqdim olunan xidmət və ya malın əsas dəyəri vergiyə cəlb olunmalıdır. Lakin hazırda servis haqqı da ümumi məbləğə daxil edildiyi üçün vergi həmin ümumi rəqəm üzərindən hesablanır.

Məsələn, xidmətin dəyəri 10 manat, servis haqqı isə 1 manat olduqda, 11 manatlıq yekun məbləğ vergiyə cəlb olunur.

“Əgər qanunvericilikdə dəyişiklik edilərək vergitutma yalnız xidmətin əsas dəyəri – məsələn, 10 manat üzərindən tətbiq olunarsa, o zaman istehlakçılar da əlavə 10 faiz servis haqqını ödəməyəcəklər”, – deyə vəkil bildirib.

Beləliklə, ekspertin fikrincə, Türkiyədəki kimi servis haqlarının ləğvi və yalnız real xidmət dəyərinin qeyd edilməsi Azərbaycanda da qanunvericilik dəyişiklikləri ilə mümkün ola bilər.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
4
2
konkret.az

3Sources