EN

Oğrular ev sahibinə MƏKTUB QOYDU: “Bu nədir, evə pul qoy”

Hindistanda oğrular məyus olub və ev sahibinə məktub qoyub gediblər.

İnterpress.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb. Evdən cəmi 2000 rupi tapan cinayətkarlar ev sahibini qınayaraq ona məsləhət veriblər.

Hindistanda maraqlı oğurluq hadisəsi baş verib. Bir evə girən oğrular mənzili axtarsalar da, oradan cəmi 2000 rupi (təxm. 38 man) pul tapa biliblər.

Bu vəziyyətdən məyus olan və “qənimətin” azlığından hiddətlənən oğrular ev sahibinə istehza dolu bir məktub qoyub gediblər.

Qeyddə onlar ev sahibini kasıb olduğu üçün qınayıb və ona gələcəkdə daha çox pul yığmağı tövsiyə ediblər.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
12
interpress.az

1Sources