EN

Niderland Kiyevə 250 milyon yardım ayırır

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu barədə Niderlandın müdafiə naziri Ruben Brekelmans Belçikanın paytaxtı Brüssel şəhərində Avropa İttifaqına üzv ölkələrin müdafiə nazirlərinin görüşündən qabaq mətbuata açıqlamasında məlumat verib. O vurğulayıb ki, yardım əsasən hava hücumundan müdafiə sistemləri (HHMS), habelə "F-16" hərbi təyyarələri üçün sursat alınmasına hesablanıb. Məlumat üçün bildirək ki, "Ukrayna üçün prioritetləşdirilmiş tələblər siyahısı" (PURL) təşəbbüsü ABŞ Prezidenti Donald Tramp və NATO-nun Baş katibi Mark Rutte tərəfindən iyulun 14-də irəli sürülüb. Bu mexanizm çərçivəsində NATO müttəfiqləri ABŞ ehtiyatlarından Ukrayna üçün silah alırlar. Bu çərçivədə Kiyevə hər iki-üç həftədən bir müvafiq növ və sayda silah-sursat çatdırılır. Firudin Həmidli

AzVision.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
11
1
azvision.az

2Sources