EN

“28 illik Ermənistan işğalı nəticəsində Laçına 8 milyard dollardan çox ziyan dəyib...”

ain.az, Adelet.az portalına istinadən məlumat verir.

“Bu gün Laçın rayonunun Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsinin növbəti ildönümüdür. 1992-ci il mayın 18-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Laçın rayonu Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən 2020-ci ilin 1 dekabr tarixində Azərbaycana təhvil verildi”. 

Adalet.az xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov deyib. 

O, bildirib ki, 28 illik Ermənistan işğalı nəticəsində Laçın rayonuna 8 milyard dollardan çox ziyan dəyib: 

“Laçın şəhərinin işğaldan azad olunması Azərbaycanın müasir tarixinin ən strateji hadisələrindən hesab olunur. 30 illik Ermənistan işğalı nəticəsində dağıdılan şəhər və kəndlərimiz Azərbaycan Prezidentinin rəhbərliyi ilə yenidən qurulur və inkişaf edir. Zəfərdən keçən qısa zamanda Qarabağ və Şərqi Zəngəzurda intensiv məskulaşmaya start verildi və hazırda azad olunmuş ərazilərdə 62 mindən çox insan yaşayır, fəaliyyət göstərir və təhsil alır”.  

Onun sözlərinə görə, 2025-ci ilin sonunadək işğaldan azad olunan ərazilərimizdə məskunlaşan ailələrin sayı 10 min 270-ə çatacaq: 

“Gələn ilin sonuna qədər isə azad olunmuş ərazilərdə 140 min sakin məskunlaşacaq. Bərpa və quruculuq mərhələsinə qədəm qoyan Laçın rayonu iqtisadi cəhətdən böyük potensiala malik bölgələrimizdən hesab olunur. Rayonun həm böyük turizm potensialı, həm də aqrar, eləcə də sənaye sektorunda müqayisəli üstünlükləri var. Təbii ehtiyyatları ilə fərqlənən rayonda emaledici sənayenin üzrə istehsalının təşkili mümkündür. Bununla yanaşı, meyvəçilik, tütünçülük, üzümçülük, taxılçılıq, arıçılıq inkişaf etmiş sahələrdən hesab olunurdu. Laçın həmçinin, zəngin təbii ehtiyatlara malikdir. Belə ki, Laçın rayonunda civə, xromit, mərmər, üzlük tikinti daşları və digər faydalı qazıntı ehtiyatları var”. 

V.Bayramov deyib ki, qısa zamanda rayonun dağıdılan iqtisadiyyatının bərpa edilir və Azərbaycan iqtisadiyyatına reinteqrasiya olunur:  

“Laçın rayonu ərazisində ümumi ehtiyatları 1 124 ton olan 3 civə, ehtiyatları 4 457 min ton olan və əhəng istehsalına yararlı Laçın əhəngdaşı, ehtiyatları 2 533 min kubmetr olan və istismara cəlb edilən üzlük daşı istehsalına yararlı Qoçaz mərmərləşmiş əhəngdaşı, mişar daşı istehsalına yararlı 2 tuf, 2 əlvan bəzək daşı, vulkan külü və digər təbii sərvətləri var. Göründüyü kimi, böyük iqtisadi potensiala malik olan Laçın rayonu artıq yeni inkişaf mərhələsinə qədəm qoyub. Çoxsaylı təbii ehtiyatlar ilə yanaşı, Laçın həmçinin böyük aqrar və turizm potensialına malikdir. Bu isə o deməkdir ki, tezliklə Laçın nəinki Şərqi Zəngəzurun, bütövlükdə ölkəmizdə iqtisadi gücünə görə seçilən rayonlarımızdan olacaq”.

Vasif ƏLİHÜSEYN

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
7
10
adalet.az

10Sources