EN

Bu gündən ov mövsümü başa çatıb

Bakı. Trend:

Ölkə ərazisində 10 oktyabr 2025-ci il tarixindən açıq elanolunmuş ov mövsümü başa çatıb. 1 dekabr tarixindən etibarən ölkəərazisində ov edilməsi qadağan olunur.

Trend xəbərverir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, Bioloji Müxtəlifliyin Qorunması Xidmətininrəsmisi Arzu Babayeva bildirib ki, alim və mütəxəssislərlə birgəaparılan mütəmadi monitorinqlərin nəticələrinə əsasən, son illərmüşahidə edilən qlobal iqlim dəyişiklikləri ölkəmizin faunasına datəsir göstərdiyindən ov mövsümünün məhdudlaşdırılması zərurətiyaranıb.

“Xəzər dənizində su səviyyəsinin aşağı düşməsi quşların ənənəvitoplaşma, istirahət, qidalanma, qışlama və yuvalama yerlərinin,həmçinin bir sıra növlərin miqrasiya marşrutlarının dəyişməsinəsəbəb olub. Qeyd olunanlar nəzərə alınaraq, hazırda təbiətdə gedənproseslər izlənilir və nəticələrdən asılı olaraq, ov mövsümününyenidən açılıb-açılmaması məsələsinə baxılacaq”.

Xidmət rəsmisi ov mövsümünün bağlı olduğu müddətdə vətəndaşlarıqanunvericiliyin tələblərinə əməl etməyə və qanunsuz ovdançəkinməyə çağırıb.

Məqalədə:
Chosen
68
30
az.trend.az

10Sources