EN

Azərbaycanın turizm imkanları Pakistanda sərgidə nümayiş olunub  

Azərbaycanın Pakistandakı səfirliyi “Discover Pakistan” və Pakistanda Turizmin İnkişafı Kooperasiyasının birgə təşkil etdiyi “Global Destinations Expo” adlı beynəlxalq tədbirdə iştirak edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, mədəni mübadilə və qlobal turizmin təşviqi məqsədilə keçirilən sərgidəki Azərbaycan stendində ziyarətçilərə ölkəmizin mədəni, işgüzar, sağlamlıq, təbiət, haykinq və qış turizmi imkanları, dağ-xizək istirahət mərkəzləri barədə ətraflı məlumatlar verilib, milli yeməklərimiz və şirniyyatlarımızdan ibarət müxtəlif təamlar təqdim olunub, tariximizə və mədəniyyətimizə dair suvenirlər nümayiş etdirilib.

Tədbirdə, həmçinin Azərbaycanın zəngin milli-mədəni irsini özündə əks etdirən fotolar və videoçarxlar nümayiş olunub.

1Sources