Bakı. Trend:
Bu yazını elə özüm nəql edirəm. Ümid edirəm ki, bu məqaləmmediada paylaşılar və hər kəs bundan xəbərdar olar.
Mən Gülzar Həsənli, 29 yaşım var. Yaşıma fikir verməyin, görünüşolaraq yaşadıqlarıma görə çox yaş vermək olar.
Həyat yoldaşımı çox sevirdim, elə sevərək də ailə qurmuşduq.Evliliyimizin 1-ci ilində xəyalımızda olan evi tapdıq, gənc cütlükolaraq evi sərfəli şərtlərlə ipoteka krediti ilə götürdük.
Yoldaşım Salman karyerasında uğur qazanmış birisi idi.Məsuliyyətli idi, hətta gecələr də evdən işləyərdi. Mən isə anaolduqdan sonra karyerama fasilə vermişdim. Bilmirəm, bəlkə dəyoldaşıma çox güvəndiyim üçün işləmək istəmirdim.
Evi ipoteka götürərkən, bank bizə “İpoteka Həyat Sığortası”təklif etmişdi. Mən həyata pozitiv yanaşan biriyəm, belə şeylərəəlavə xərc kimi baxırdım. Düzdü, ipoteka ilə mənzil alarkən busığorta növü məcburidir. Salman isə məndən fərqli olaraq, hər şeyisığortalı etməyin tərəfdarı idi. “Birdən nəsə olar”, “Hər ehtimalasığortalı olaq” – həmişə belə düşünürdü.
Salmanın işində davamlı olaraq səyahət etməsi lazım idi, mən isəçox zaman qızımla evdə tək qalırdım. Bu səbəbdən, Salmana mənzilinsığortalı olması güvən verirdi.
Bir gün Salman iş səyahəti üçün hava limanına gedərkən taleyinqəribə bir oyunu baş verdi. O, yol qəzasında həyatını itirdi.Avtomobil sağ tərəfdən güclü zərbə aldığı üçün Salman elə yerindəcədünyasını dəyişmişdi. Salmanın yoxluğu hər tərəfdən məni dərin birboşluğa salmışdı.
İtkidən sonra heç mənzilin sığortalı olduğu ağlıma da gəlmirdi.Məbləğ hədsiz dərəcədə çox idi, bir neçə ayı bağlamaq üçün mənzinyət əşyalarımın bir hissəsini satmağı düşünürdüm. Amma bu həyatsığortası elə bir gündə, elə bir vəziyyətdə mənə dəstək oldu ki,bunun sözlə ifadəsi çətindir. Mənzilimizin qalan kredit borcunuhəyat sığortası öz üzərinə götürdü.
Həmin dövrlərdə fikirlərim qarışıq idi, son zamanlar yaddaşproblemi də yaşayırdım. Həyat sığortası şirkəti tərəfindənproseslərin necə getdiyini tam xatırlamıram, amma onu bilirəm ki,çox az bir müddətdə ipoteka kreditimiz şirkət tərəfindənödənildi.
İpoteka krediti götürən bütün şəxslərdən bu həyat sığortasınaönəm vermələrini rica edirəm. Boş şeydir deyib keçməyin, bəlkə dəbu sizin həyat xilaskarınızdır.