EN

Ramiz Mehdiyevlə Əli Kərimlini xəyanət etməyə vadar edən vəzifə hərisliyidir Komitə sədri

ain.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Dövlət çevrilişinə, hakimiyyəti zor gücünə ələ keçirməyə cəhd xalqa və vətənə xəyanətdir. Bu təşəbbüsdə olanlar ən ağır cəzaya layiqdirlər. Ramiz Mehdiyev və Əli Kərimli ilə bağlı aparılan istintaq araşdırmaları göstərir ki, belə cəhdlər mövcuddur və bu, Azərbaycanı sevən, uğurlarımızı dəyərləndirən, dövlətimizin rəhbəri cənab İlham Əliyevin siyasi kursunu dəstəkləyən hər bir insanı ciddi narahat edir və düşündürür".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bildirdi.

Onun sözlərinə görə, Azərbaycan bu gün özünün düşmən üzərində tarixi qələbəsi, torpaqlarımızın işğaldan azad olunması, beynəlxalq aləmdə böyük nüfuz qazanması, ictimai-siyasi sabitliyi və iqtisadi inkişafı ilə qururlandığı bir dövrdədir:

"Xaricdən bəhrələnən, təlimatlar alan və içimizdə olan nadanların hərəkətləri nəinki təəssüf doğurur, insanı ağrıdır, həm də ən kəskin tədbirləri atmağa vadar edir. Uzun müddət rəhbər vəzifələrdə işləmiş, həqiqətdən, etibardan, xalqa və torpağa məhəbbətdən, insana sədaqətdən və dövlətə xidmətdən danışan Ramiz Mehdiyevin, eləcə də özünü ana müxalifət hesab edən, sözdə ədalətdən, azadlıqdan və insan haqlarından danışan, ancaq əməldə dediklərinin əksinə gedən, Azərbaycanın və xalqımızın uğurlarına qara yaxmağa çalışan Əli Kərimlinin hərəkətləri və əməlləri xalqımız tərəfindən nifrətlə qarşılanır və lənətlənir. Ramiz Mehdiyevi və Əli Kərimlini birləşdirən, xəyanət etməyə vadar edən əlbəttə ki, vətənə və xalqa xidmət deyil, vəzifə hərisliyidir. Yenidən ölkədə çaşqınlıq və qarşıdurma yaratmaq, dövlətin əsaslarını zəiflətmək, xalqı başqa dövlətlərə tabe etdirib qul vəziyyətinə gətirməkdir. İstintaq araşdırmalarının ilk nəticələri bunu deməyə əsas verir. Xalqımız əmindir ki, istintaq hərtərəfli aparılacaq, əsaslı faktlar ortaya qoyulacaq və günahı olanlar layiq olduqları cəzalarını alacaqlar. Buna hər bir insan əmindir".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
1
1
redaktor.az

2Sources