EN

Məşhur aktyor reanimasiyaya yerləşdirildi

Türkiyəli məşhur aktyor Murat Cemcir reanimasiyaya yerləşdirilib.

 

Bu barədə “Hürriyet” qəzeti məlumat yayıb.

 

Bildirilib ki, dünən evdə halı pisləşən aktyor təcili yardım vasitəsilə özəl xəstəxanaya yerləşdirilib.

 

Ona daxili qanaxma diaqnozu qoyulduğu qeyd edilib.

 

Qeyd edək ki, Murat Cemcir Ahmet Kural ilə birlikdə rol aldığı “Çalgı Çengi” filmi ilə böyük rəğbət qazanıb. O, 2012-ci ildə “İşler Güçler” serialında, 2013-cü ilin sonunda isə Ahmet Kural ilə birgə “Düğün Dernek” filmində rol alıb./APA

Tarix: 1 Dekabr 2025, 17:32   
Chosen
85
5
pravda.az

6Sources