BAKI, 1 dekabr. TELEQRAF
Ermənistan müdafiə naziri Suren Papikyan Qahirədə Misir müdafiə naziri, general Abdel Maqid Saqr ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Tərəflər görüş zamanı müdafiə sektorunda əməkdaşlıq imkanlarına dair bir sıra məsələləri müzakirə ediblər.
Beynəlxalq və regional təhlükəsizliklə bağlı məsələlərə də toxunulub.